Cümə axşamı, 24 Mart 2022 18:29

Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib...

Bu gün Şəkidə - Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid mayor Xəyal Məmmədovun xatirəsinin əbədiləşdirildiyi bulaq komplesinin açılışı baş tutub. Mərasimə şəhidin ailəsi ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin, İcra hakimiyyətinin rəsmiləri, millət vəkili, şəhidin döyüş yoldaşları, dostları, şəhər ictimaiyyəti qatılıb. 44 günlük vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Şəhid Xəyal Məmmədovun qorxmazlığından, vətənpərvərliyindən, döyüşdə göstərdiyi qəhrəmanlıqlardan qürurla bəhs edilib. Qeyd edək ki, mayor Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi kimi peşəkarlığı yüksək qiymətləndirilib. Prezidentin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətənə Xidmətə görə” ordeni, “Vətən uğrunda” ,“Cəbrayılın, Füzulinin və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Qəhrəmanımızın iki qız övladı Vətənə əmanət qalıb. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S