Müdafiə Nazirliyinin baş Kəşfiyyat idarəsi şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün Novruz şənliyi təşkil edib. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardından Azərbaycan himni səsləndirilib. Çıxış edənlər igid əsgərlərimizin qəhrəmanlıqlarından, kəşfiyyatçıların qorxmazlığından danışıblar. Vurğulanıb ki, Qarabağda Azərbaycanın qazandığı qələbə və ordumuzun inanılmaz əməliyyatları tarixdə silinməz iz buraxıb. Bu tarixi yazan övladların valideynlərinə təşəkkür edilib və bildirilib ki, xalq və dövlət öz qəhrəmanlarını unutmur, daim diqqət mərkəzində saxlayır. Tədbirin bədii hissəsində müxtəlif ədəbi bədii kompozisiyalar nümayiş etdirilib. Tanınmış xalq artistlərinin ifasında vətənpərvər mahnılar səsləndirilib.