Cümə, 18 Mart 2022 18:45

Qar və çovğun hərəkəti iflic edib...

Ölkədə hökm sürən qeyri-sabit hava şəraiti Şimal və Şimal-Qərb rayonlarında daha kəskin hal alıb. Bu istiqamətlərdə yola çıxan sürücülər çətin anlar yaşayıb.  
Bir neçə gündür Şamaxı, İsmayıllı rayonlarına yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Güclü qar nəticəsində bu gün İsmayıllı-Qəbələ yolu bağlanıb. Qar və çovğunda hərəkət edə bilməyən 200-dən çox minik avtomobili, sərnişin avtobusları, yük maşınları yolda qalıb. Yolda qarın qalınlığı 10-15 santimetrə çatıb. Bəzi nəqliyyat vasitələri sürüşərək yoldan çıxıb. Batıb qalan avtomobillər traktorlar vasitəsi ilə çıxarılıb. Eyni zamanda Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda da avtomobillərin hərəkəti çətinləşib.  İsmayıllının Brovdal, Əhən, Mudri, Tağlabiyan, Həftəsab kəndlərinə 1 metr hündürlüyündə qar yağıb. Kəndlərlə əlaqə kəsilib. Hazırda bölgəyə güclü qarın yağması davam edir. Gecə saatlarından başlayaraq ölkənin əsas magistrallarında görünüş məsafəsinin  məhdudlaşacağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir. Qeyri -sabit hava şəraitinin isə martın 26-dək davam edəcəyi proqnozlaşdırılır. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S