Cümə axşamı, 17 Mart 2022 18:53

Qar kəndlərlə əlaqəni kəsib...

Ölkənin şimal və şimal-qərb bölgəsində  kəskin hava şəraiti davam edir. Qar bəzi istiqamətlərdə hərəkəti çətinləşdirib, kəndlərlə əlaqə kəsilib.  

Şamaxıya yağan güclü qar nəticəsində kəndlərlə əlaqə kəsilib. Rayonun ucqar dağ kəndlərinə 70  santimetrədək qar yağıb.  Şamaxı-Pirqulu yolunda, eləcə də Qızmeydan, Qaleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırlıqsız yola çıxan sürücülər öz minik avtomobilini yolun kənarında saxlamalı olub, bəziləri isə digər yük avtomobillərinin köməyi ilə hərəkət ediblər. Əraziyə Şamaxı rayon 19 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib. Lakin fasiləsiz yağan güclü qar və çovğun yenidən yolların bağlanmasına səbəb olur. Şimal rayonlarında isə ən çox yağıntı  Xızının Altıağac qəsəbəsinə düşüb. Burda qarın hündürlüyü 32 santimetrə çatıb. Qubanın Qrız kəndində 16, Xaltana isə 27 santimetr qar yağıb. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyə enib. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraitinin martın 20-dək davam edəcəyi proqnozlaşdırılır. Gecə saatlarında şimal və şimal-qərb istiqamətlərində yolların buz bağlayacağı gözlənilir. Bu istiqamətdə hərəkət edəcək sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S