Bazar ertəsi, 14 Mart 2022 19:25

Kəndlərin elektrik təsərrüfatı yenilənir…

Şəkinin Şirinbulaq, Aşağı Daşağıl, Baş Zəyzid, Kiş, Baş Şabalıd, Selbasan, Balyanı kəndlərinin  elektrik təsərrüfatının yenilənməsi prosesi gedir. Şirinbulaq və Aşağı Daşağıl kəndlərində işlər yekunlaşmaq üzrədir. Millət vəkili Əli Məsimli Aşağı Göynük kəndində aparılan yenidən qurma işlərilə tanış olub, sakinlərin problemlərini dinləyib. Bildirilib ki, indiyədək Aşağı Göynükdə 243 ədəd 10 kV-luq, 720 ədəd 0.4 kV-luq elektrik dirəyi yenilənib 23 480 metr SİP kabel çəkilib, həmçinin Göynük yarımstansiyası yenidən qurulub. Bu da ümumilikdə yaxınlıqdakı 16 kəndi fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Aşağı Daşağıl kəndində isə 90 ədəd 10 kV-luq, 203 ədəd 0.4 kV-luq elektrik dirəyi yenilənib və 3 transfarmator əvəzlənib, 1 yeni transformator məntəqəsi yaradılıb. Ümumilikdə proses nəticəsində 3068 abonentin dayanıqlı eletrik təhcizatı təmin ediləcək. Hazırda yenilənmə işləri sürətlə davam etdirilir. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S