Qax rayonunda “Barama-2022: Qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, nazirlıiyə tabeli qurumların rəsmiləri və barama istehsalı ilə məşğul olan kümçülər iştirak edib. Kənd təsərrüfatı naziri İnam Kərimov bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə fermerləri məlumatlandırıb. Nazir fermerlərə Barama subsidiyası və yaş baramanın fermerlərdən alış qiymətinin artırıldığı müjdəsini də verib.