Bizdə bayram münasibətilə mağazalara baş çəkdik, gəlin görək, bəylər sevdiyi xanımlarına necə hədiyyələr almağa üstünlük verirlər, xüsusi tələbat nələrədir? Bəylər ailəsində, ətrafında olan xanımları sevindirmək üçün hədiyyə axtarırdılar. Ən çox tələbat isə həmişə olduğu kimi güllərə idi. Satıcılar güllərin qiymətinin sabit qaldığını, alıcı itirməmək üçün dəyişiklik etmədiklərini deyirlər. Alıcılar da qiymətlərin normal olduğunu bildirirlər. Buketlərin qiyməti isə daha çox güllərin növünə və sayına görə dəyişir. Bəli, görünən odur ki, mağazalarda hər cibə uyğun buketlər və hədiyyələr var. Ən əsası, hədiyyənin qiyməti yox, hədiyyələrin ən dəyərlisi olan diqqətdir.