Şamaxı rayon Mədəniyyət Mərkəzində şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatı , şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Çıxış edənlər tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan oğulların əziz xatirəsini yad edib, onların torpaqlarımızın bütövlüyü uğurundakı qəhrəmanlıqlarından danışıb, şəhid analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Sonda şəhid ailələrinə gül dəstələri və hədiyyələr təqdim olunub.