Çərşənbə axşamı, 08 Mart 2022 12:27

Imtahanlarda qanun pozuntusu qeydə alınmayıb...

Dövlət İmtahan Mərkəzinin ötən gün şimal-qərb bölgəsində  tam orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib. İmtahanların keçirilməsi üçün Zaqatala rayonunda 4, Oğuzda isə 3 mərkəz ayrılıb. İmtahan başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib. Zaqatalada keçirilən və ümumilikdə, 986 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 94 nəzarətçi-müəllim cəlb edilib. Əməkdaşlarımız Zaqatala şəhər 3 saylı tam orta məktəbində təşkil edilən buraxılış imtahanlarının gedişatını izləyib.  

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S