Çərşənbə axşamı, 08 Mart 2022 08:37

Bir əsir geridə qoyan nənə...

Əməkdşlarımız Şimal-Qərb bölgəsinin ən yaşlı sakinlərindən olan Fatimat nənənin qonağı olub. 100 yaşını ötən ay qeyd edən Fatimat nənə uzun ömürlülüyün sirrini uşaqlıq və gəncliyini keçirdiyi dağların səfalı təbiətində görür.  

Balakən rayonunun Gərəkli kənd sakini Xəlilova Fatimat Əli qızı 1922-ci ilin fevral ayında dünyaya göz açıb. 100 yaşlı nənənin 3 oğul övladından 15 nəvəsi və 13 nəticəsi var. Ömrünü zəhmətə həsr edən Fatimat nənənin gəncliyi dağlarda keçib. Elə gəncliyindən sakit təbiətli olan nənəmiz öz həyatı barədə çox danışmaq istəməsə də ailəsi, yaxınları Fatimat ananın uzun ömürlülüyünü işgüzarlığı və səfalı təbiətlə yanaşı, həm də gözəl xasiyyəti və təmiz ürəyi ilə əlaqələndirir. Fatimat nənəni təkcə öz ailəsi, qohumları deyil, bütün el, oba ağbirçək sayır. Bir çox məsələlərdə dəyərli mələhətlərindən yararlanırlar.   Beynəlxalq Qadınlar günü ərəfəsində  nəvə-nəticələri təbrik üçün Fatimat nənənin ocağına toplaşırlar. İkinci Qarabağ müharibəsinin iştirakçıları olan nənənin nəvəsi Bayram Xəlilov və nəticəsi Muradov Ramazanda təbrikə gələnlər sırasında idi. "Hər kəs 100 il yaşamasa, günah onun özündədi"-deyib atalarımız. Fatimat nənənin ömür yolu da buna nümunədir. Bəlkə bir çoxumuz səfalı təbiətdə yaşamaq imkanlarına sahib deyilik. Amma yaşadığımız şərtlər altında xoşbəxt olmağı bacarmaq,həyata pozitiv baxmaq, xoş günlərimizi, xoş anlarımızı yetərincə dəyərləndirməklə sağlamlığımıza dəstək ola bilərik. Təbii ki, aktiv həyat tərzi də əsas şərtlərdəndir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S