Çərşənbə axşamı, 08 Mart 2022 07:06

Tükürpədici qətlin təfərrüatlari...

Qəbələdə baş verən tükürpədici qətlin təfərrüatları məlum olub. Əməkdaşlarımız hadisə yerində olub, yaşananları qonşulardan öyrəniblər. Hadisə Zarağan qəsəbəsindəki 61 saylı binanın 4 cü blokunun 4 cü mərtəbəsində baş verib.

Hadisə zamanı yaranan səs küyü eşidən qonşu mənzilin qapısını döyərək səs küyün səbəbini öyrənmək istəyib. İçəridən gələn səs uşaq yatdırdığını deyib. Şübhələnən qonşu daha sonra evdən böyük bir bükülünün qadın və oğlan tərəfindən daşındığını görüb. Qətlə yetirilən 23 yaşlı Aytac Əliyevanın 3 yaşlı övladı da evdə olub. Qonşuları mərhumun çox yaxşı insan olduğunu deyir. Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirib. Qətli törədənin  Şəki sakini Kəmalə Maksmbekova olduğu müəyyən olunub. Belə ki, Kəmalə Aytacın ərinin sevgilisinin rəfiqəsi olub.  O, tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırmalar davam edir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S