Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Azərbaycan təhsil və pedaqoji fikir tarixinin parlaq səhifəsi- İrəvan müəllimlər seminariyasının 140 illiyi” adlı elmi praktik konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidentinin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq baş tutub. Çıxış edənlər bildirib ki, İrəvan müəllimlər seminariyasının yubileyinin qeyd edilməsi, milli yaddaşın bərpasına hədəflənib. Natiqlər tələbələrə İrəvanın tarixi, orda yaşayan xalqların türk milli etnik kimliyi, ermənilərin bu diyarlara köçürülməsi prosesi haqqında tarixi faktlar barədə məlumat veriblər. Həmçinin bildirilib ki, 1881-ci ildə fəaliyyətə başlayan İrəvan müəllimlər seminariyasında Azərbaycan dili və şəriət dərslərinin keçirilməsi faktı o zaman İrəvan quberniyasında yaşayanların mütləq əksəriyyətinin azərbaycanlılar olduğunun göstəricisidir. Tədbirdə həmçinin məlumatlandırıcı xarakterli təqdimatlar keçirilib. Maraqlı diskussiyalar aparılıb.