Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin "Şagirdlərin Astronavtika Məktəbi" adlı layihəsinin qalibi olan Şamaxı Rayon Sabir qəsəbə tam orta məktəbində layihənin bağlanış tədbiri keçirilib. Layihə çərçivəsində 30 şagird və 20 müəllim astronomiya məzmunlu təlimlərə cəlb edilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalib məktəblərindən biri də Şamaxı Rayon Sabir qəsəbə tam orta məktəbidir. Belə ki, məktəb bu il müsabiqədə "Şagirdlərin Astronavtika Məktəbi "adlı layihəsinin qalibi olub. Layihə əsasında məktəbin müəllimləri üçün onlayn, şagirdlər üçün isə əyani təlimlər təşkil edilib. Dərsləri məktəbin nəzdində yaradılan astronavtika otağıında Şamaxı Astrofizika Rəsədxanasının elimi işçiləri keçirib.
Layihənin bağlanış təbirində Şamaxı Astrofizika Rəsədxanasının və Şamaxı rayon Təhsil Şöbəsinin əməkdaşları, eləcədə məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib. Layihə çərçivəsində şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilib , ardınca layihə rəhbərinin hesabatı dinlənilib. Layihə boyunca çəkilmiş video və şəkillərdən hazırlanan videorolik tədbir iştirakçılarına təqdim edilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.