Rayonun Məmmədağılı kəndində ağacların kəsilməsi faktı ilə bağlı kanalımıza edilən müraciəti araşdırmışıq.
Qəbələnin Məmmədağalı kəndinin cənub hissəsində, Göyçay çayının sahillərində və meşə massivində Qızıl ağac, Palıd eləcə də digər qiymətli ağaclar kəsilib. Sakinlər təqribən 2 ha sahədə 300-ə yaxın ağacın məhv edildiyini iddia edir. Ağacların bir qismi kökündən, bir qismi isə yarıdan kəsilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən isə bildirildi ki, həmin ərazi tədarük üçün nəzərdə tutulmuş ərazidir. Ağacların kəsimi qanunauyğun şəkildə Meşə Təsərrüfatı idarəsi tərəfindən aparılıb.