Çərşənbə, 02 Mart 2022 19:49

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələndi...

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərin müəyyən edilməsi məqsədilə rayon ərazisində reyd keçiriblər.  Təhlükəsizlik tədbirləri zamanı kəmərdən istifadə etməyən sürücülər aşkarlanıb. Polis əməkdaşları onlarla profilaktiki söhbətlər aparıb. Diqqətə çatdırılıb ki, qəza zamanı təhlükəsizlik kəmərindən istifadə edilməsi sürücü və sərnişinlərin həyat və sağlamlığını əhəmiyyətli dərəcədə qoruyur. Bu səbəbdən hərəkətdə olan nəqliyyat vasitəsində olan şəxslərin təhlükəsizlik kəmərindən istifadə etmələrinin vacibliyi vurğulanıb. Keçirilən tədbirlər zamanı bu kimi qayda pozuntusuna yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S