Balakən Rayon Olimpiya İdman Komplekində yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri keçirilib. "5 mart Bədən Tərbiyəsi və İdman günü" ilə bağlı təşkil edilən turnirdə 16 yeniyetmə iştirak edib. 50 metr məsafə üzrə keçirilən yarışın yekun nəticələrinə görə Turan Paçalov birinci yerə, İrakli Rəhimov ikinci yerə, Fərid Hüseynov isə üçüncü yerə layiq görülüb. Yarışın keçirilməsində əsas məqsəd, yeniyetmələr arasında bacarıqlı üzgüçüləri üzə çıxarmaq və onların asudə vaxtının daha səmərəli təşkili ilə yanaşı, həm də rayonda bu idman növünə marağın artırılmasıdır.