Şamaxıda mavi yanacağın verilişində problem olan ərazilərdə lazımi işlər görülməklə qaz təminatı yaxşılaşdırılır. Rayonun Şəhriyar qəsəbəsində torpaqla təmasda olduğu üçün korroziya səbəbindən yaranmış qaz sızmalarının qarşısının alınması məqsədilə qəsəbənin qaz təchizatı şəbəkəsi yenidən qurulur. Azəriqaz İB nin Təmir Tikinti İdarəsi tərəfindən 9200 metrə yaxın müxtəlif diametrli qaz xətlərinin tikintisi başa çatdırılaraq istismara verilib, uzunluğu 1600 metr olan qaz xəttinin tikintisi isə tamamlanmaq üzrədir. Eyni zamanda ərazidəki mənzillərin sayğacları tikinti norma və qaydalarına uyğun yeni xəttin üzərinə qoşulub, mövcud qaz sızmalarının qarşısı alınıb. Qəsəbə ərazisində ümumilikdə 650 əhali abonentinin qaz təminatı yaxşılaşdırılacaq. Şamaxı Çuxuryurd qəsəbəsində isə kiçik diametrli borulardan istifadə olunduğu üçün qazın verilişində yaranan problemlər aradan qaldırılır.