Super User

Super User

Cümə, 07 İyun 2024 12:57

Avtomobil traktorla toqquşub...

Qaxda minik avtomobili traktorla toqquşub. Hadisə rayonun Əlibəyli kəndinin girişində baş verib. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili traktorla toqquşub.

Qəza zamanı 3 nəfər - traktorun sürücüsü Qax rayon Güllük kənd sakini 53 yaşlı Hicran Həsənov, minik avtomobilinin sürücüsü 29 yaşlı Elsəvər Əhmədov və avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb. Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

27-30 may tarixlərində Bakıda Grappling idman növü üzrə Avropa çempionatı keçirilib. 3 gün davam edən çempionatda Avropa ölkərindən 800-dən çox idmançı mübarizə aparıb.

Çempionatda iştirak üçün Şəkidən iki idmançı lisenziya qazanıb, lakin bir idmançımız – yarışa 42 kq çəkidə, 16-17 yaşlılar arasında qatılan Taleh Əhmədli uğurlu nəticə göstərib. O, finala qədər gəlib çıxmağı bacarıb. Finalda isə rəqibinə uduzaraq Avropa ikincisi olub.

Cümə, 07 İyun 2024 06:20

Eşitməyən qalmasın 07.06.2024

Cümə, 07 İyun 2024 05:53

Səhər dəmi 07.06.2024

Cümə axşamı, 06 İyun 2024 17:24

Yaxşı deyək, yaxşı eşidək 06.06.2024

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüstəmov Cəlal Əbdülhəkim oğlunun nəşinin qalıqları İsmayıllı rayonunda torpağa tapşırılıb.

Şəhidin nəşi bu gün rayonun Mican kəndinə gətirilib və vida mərasimi keçirilib. Sonra şəhidin nəşinin qalıqları İsmayıllı şəhər Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, kənd sakinləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1992-ci ildə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Azərbaycana səfər edən məşhur jurnalist, media məsləhətçisi Jim Lemay Azərbaycanın aparıcı xəbər agentliklərinin peşəkarları ilə görüşlər çərçivəsində Kanal S televizyasında olub. Telekanalın binası, imkanları, texniki avadanlıqları ilə tanış olan qonaq xəbərlər xidmətinin əməkdaşlarına qısa masterklas keçib. O, media trendləri ilə bağlı təcrübəsini bölüşüb.

284 -dən səhifə 673

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S