Super User

Super User

Şəkidə “Urfansoy film”in hazırladığı “Alovla savaşanlar” qısametrajlı filminin təqdimatı baş tutub. Təqdimatda şəhid ailələri, qazilər, filmin yaradıcı heyəti və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər yanğınsöndürənlərin şücaətindən bəhs edən filmdən danışıblar. Bildirilib ki, mobil film festivalında iştirak üçün çəkilən film kifayət qədər uğurlu alınıb. Nəticədə festivalda sənədli filmlər nominasiyasında birinci yerə laiq görülüb. Filmdə yanğınsöndürənlərin işinin əhəmiyyəti vurğulanır, alovla savaşın ön cəbhəsindəki qəhrəmanların fəaliyyətinə işıq tutulur. Sonra filmə ictimai baxışı olub. Sonda filmin yaradıcı heyyətinə festivalda qazandıqları diplomlar, həmçinin Şəki rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunub.

Bazar ertəsi, 18 Mart 2024 12:19

Qaxda dələduzluq edən şəxs saxlanılıb...

Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıb. Əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib.

Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.

Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb/ Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Görülən tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb. Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon həbi aşkar edilib. Araşdırmalar zamanı Şirxan Muxtarovun Şəki rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bazar ertəsi, 18 Mart 2024 08:40

Səhər dəmi 18.03.2024

283 -dən səhifə 615

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S