Üzeyir Hacıbəylinin 140 illiyi qeyd edilib

Rate this item
(0 votes)

Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas, alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində konsert olub. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə konsertdə çıxış edənlər dahi bəstəkarın zəngin irsindən, Azərbaycan musiqi tarixində oynadığı roldan, dünya musiqisinə gətirdiyi yeniliklərdən söz açıblar. Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblının və xorun ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Müqəddimə”, həmin əsərdən “Bu gələn yara bənzər”, “Şəbi-hicran”, “Aşıqsayağı” triosu, “Cəngi”, “Arazbarı”, “Arşın mal alan” operettasından “Müqəddimə”, “Sənsiz” romansı və digər əsərlər səsləndirilib.

Read 105 times

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S