PREMYERA2 (5)
Cümə axşamı, 19 Mart 2026 09:29
Bayramqabağı Şəki bazarında vəziyyət | Canlı Yayım
Written by Super User
Published in
PREMYERA2
Cümə axşamı, 19 Mart 2026 09:22
"İçərişəhər" metrosunda retro qatarlar nümayiş olunur | Canlı Yayım
Written by Super User
Published in
PREMYERA2
Hər daşı, torpağı tarix qoxan Şamaxıda hətta evində tarixi abidələrlə yaşayanlar var. Şəhərdəki evlərdən birinin altında Şirvanşahlar dövrünə aid Ovdan mövcuddur. Qeyri adi tikilişə malik olan abidə bu günümüzə qədər ev sahibləri tərəfindən qorunub saxlanılıb. Ən maraqlısı da odur ki, əsrlər keçməsinə baxmayaraq ovdanın içərisində olan su kəhrizindən hələ də istifadə edilir. Xüsusi memarlıq üslubunda tikilən abidə görənlərin marağına səbəb olur.
Şamaxı sakini Xəlil Əfəndiyevə məxsus yaşayış evinin həyətində Şirvanşahlar dövrünə aid tarixi abidə olan Ovdan mövcuddur. 12-14-cü əsrlərə aid olduğu ehtima edilən tarixə abidə yerin 4-5 metr dərinliyində yerləşir. Burada kəhriz sularının toplandığı daş çarhovuz var.Ev sahibinin sözlərinə görə 40 ilə yaxındır ki hovuza yığılan sudan hər gün istifadə edirlər. Hələ bu zamana kimi hovuzun qurumasına rast gəlməyiblər. Ovdan ümumilikdə 3 otaqdan ibarətdir. 1-ci otaq dördbucaqlı formada bişmiş kərpiclərlə tağ şəklində inşa edilib. Otağın mərkəzində kvadrat formalı, daş hovuz, onun ətrafında isə insanların oturub istirahət etməsi üçün səkilər var. Otağın tavanında insanların rahat nəfəs alması üçün dördkünc formada nəfəslik var. 2-ci otaq daş və kərpicdən inşa edilib. Bu otağın girişində, sağ və sol istiqamətində dairəvi nəfəsliklər mövcuddur. İknci otağın girişi ilə üz-üzə tağ formalı, sonradan daşla hörülmüş qapı var. 3-ci otağın qapısı hörüldüyü üçün indiyədək bura girmək mümkün olmayıb. Ovdan demək olar ki, Şamaxıda tarixi abidələrin içərisində ən sağlam abidə kimi bu günümüzə qədər gəlib çıxıb. Ancaq artıq restavrasiyaya ehtiyacı var. Abidənin divarlarının bəzi hissələrində kərpiclər qoparaq tökülüb. Ümumiyyətlə isə Şamaxı qala divarları boyunca çoxlu sayda ovdanlar mövcud olub. Bunlardan ancaq ikisinin yeri müəyyən edilib. Hansı ki, hər iki ovdan Orta əsr Şamaxı şəhərinin su təchizat sisteminə daxil olub. Hələlik bu tarixi abidələr dövlət qeydiyyatına alınmasa da 2022-ci ilin dövlət proqramında Şamaxı şəhəri ərazisində mövcud olan hər iki ovdanın da bərpa-konservasiyası nəzərdə tutulub.
Sakinlərin kortəbii şəkildə ovdanı belə deyək, təmir etməsi hər halda doğru deyil. Onları da qınamaq olmur illərdir nəsildən nəslə keçib, qoruyublar. Məqsəd yenə də qorumaqdır. Ancaq hər halda aidiyyatı qurumlar bu məsələylə məşğul olmalıdır. Bərpa-restavrasiya işləri mütəxəssislərə həvalə olunmalıdır.
Bazar, 20 Fevral 2022 10:24
Evin altında Şirvanşahlar dövrünə aid tarixi abidə...
Written by Super User
Published in
PREMYERA2
Şamaxı rayonunda 100 çox əhalinin yaşadığı yeni yaşayış massivinin adı yoxdur.10 ilə yaxındır ki, sözügedən ərazidə yaşayan sakinlər bu səbəbdən bir sıra çətinliklərlə üzləşirlər. Yeni salınan yaşayış massivinin problemləri təkcə bununla yekunlaşmır. Sakinlərin üzləşdikləri bir başqa problem isə yol problemidir. Sakinlər yayda toz, qışda isə palçıq əlindən hərəkət etməyə çətinlik çəkirlər. İri çuxurlar, çay daşları və palçıq qatı piyada və sürücüləri burdan keçməyə peşman edir. Sakinlərin sözlərinə görə, taksi sürücüləri bir çox hallarda bu əraziyə gəlməkdən imtina edir və ya baha qiymətə aparırlar.Taksi olmayanda isə palçıqlı keçilməz yolları piyada getmək məcburiyyətində qalırlar. Bu acınacaqlı vəziyyətdə olan yollardan hər gün ən az iki dəfə keçmək məcburiyyətində qalan məktəbli uşaqlar problemi daha çox yaşayırlar. Hətta bəzi valideynlər uşaqları üçün məktəbə 2 ayaqqabı aparmağa məcbur olurlar. Qarşıdan yağışlı mövsümün gəldiyini nəzərə alsaq, sakinlər üçün bu yoldan istifadə yazda daha da mümkünsüz olacaq. Ümid edirik ki, o zamana qədər problem həllini tapar. O ki, qaldı ad məsələsinə tezliklə yaşayış maassivinə ad veriləcəyi bildirildi.
Published in
PREMYERA2
Zərdabda dəhşətli yanğın hadisəsi baş verib. 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb…
Hadisə gecə saatlarında rayonun Çallı kəndində qeydə alınıb. Əliağa Əhmədova məxsus birmərtəbəli 2 otaqdan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı isə alınıb.Yanğından sonra evə baxış keçirilərkən ev sahibinin gəlini, 29 yaşlı Pərvanə Əhmədova və onun övladı, 9 yaşlı Gülayə Əhmədlinin yanmış meyitləri aşkar edililib. Meyitlər aidiyyatı üzrə təhvil verilib. Pərvanə Əhmədovanın kiçik övladı, 7 yaşlı Gülməmməd Əhmədli və onun nənəsi Gülayə Əhmədova ağır yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Yaralılar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Hadisə zamanı evdə olan azyaşlıların babası Ağabala Əhmədov isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilib. İlkin ehtimala görə, yanğına odun sobasında yaxud elektrik naqillərində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
Published in
PREMYERA2