Şəkidə qəsdən yanğın törədən şəxslər həbs olunublar

Rate this item
(0 votes)

Şəkinin Aşağı Göynük kəndi ərazisində 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanılıblar. Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslərin rayon sakinləri - 48 yaşlı Məzahir Sadıqov və 40 yaşlı Asif Mahmudov olduqları müəyyən edilib. Onların özlərinə məxsus pay torpaq sahəsini şumlamağa hazır vəziyyətə gətirmək üçün qəsdən yandırdıqları və nəticədə yanğının daha böyük ərazini əhatə etdiyi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read 212 times

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S