Şəkinin Baş Göynük kəndində yanğın olub. Kənd sakini Zaməddin Xəlpətovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsi, damına yığılan 9 ton ot bağlaması, 200 kiloqram taxıl və 30 baş ev quşu yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Taxılın və ot bağlamalarının qalan hissəsi, bitişik tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.