Bazar ertəsi, 14 İyul 2025 10:30

Şəkidə 73 yaşlı sürücü sükan arxasında ürəktutmadan dünyasını dəyişib

Balakən rayon sakini Yusif Muradov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə Çeşməli kəndi ərazisində hərəkətdə olarkən qəfil halı pisləşib və avtomobil idarəetmədən çıxıb. Hadisə zamanı sürücü Yusif Muradov sükan arxasında dünyasını dəyişib. Onun meyiti Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb.
 
İlkin tibbi baxış zamanı Muradovun ürəktutma səbəbilə vəfat etdiyi müəyyən olunub. Avtomobildə olan sərnişinlər sürücü Yusif Muradovun qardaşı 81 yaşlı Ziyafəddin Muradov və 64 yaşlı Tahir Mamedov aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S