Bu gün günorta saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 58 yaşlı Şəki sakini Rəşid Umarovun idarə etdiyi “Toyota” markalı avtomobillə 44 yaşlı Oğuz sakini Sərvan İmamverdiyevin idarə etdiyi “VAZ-21012” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “VAZ-21012”də olan iki sərnişin - Oğuz sakinləri 37 yaşlı Könül İmamverdiya və 12 yaşlı Ayan İmamverdili xəsarət alıb. Hazırda onların müalicələri Şəki Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.