Çərşənbə, 02 İyul 2025 14:06

Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü qeyd olundu

Şəkidə Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca Polis Şöbəsində davam edən tədbirdə çıxış edənlər ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıblar. Müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri xüsusi vurğulanıb. Daha sonra xidmətdə fərqlənən bir qrup əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S