Çərşənbə axşamı, 01 İyul 2025 13:55

Teatr xadimləri Şəkidə teatrsevərlərlə görüşüblər

Şəkidə Azərbaycan Teatr Xadimləri İttifaqının və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı regionda fəaliyyət göstərən teatr xadimləri ilə görüş keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Teatr Xadimləri İttifaqının rəsmiləri, Şəki Dövlət Dram Teatrının yaradıcı heyəti, bölgənin mədəniyyət işçiləri, teatrsevərlər iştirak ediblər. Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov, sədr müavini, Xalq artisti İlham Namiq Kamal və başqaları çıxış edərək, regionlarda teatr sənətinin inkişafı, yaradıcı mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı məsələlərdən söz açıblar. Qonaqlar Şəkinin zəngin mədəni irsini, teatr ənənələrini yüksək qiymətləndirərək, bu irsin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.Tədbir çərçivəsində teatr sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup teatr xadiminə “Teatr fədaisi” medalı təqdim olunub.

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S