Şəkidə "VII Beynəlxalq Bəxtiyar Vahabzadə Türk dünyası dil, tarix, mədəniyyət və ədəbiyyat" konfransına start verilib. Bəxtiyar Vahabzadənin ev muzeyinin və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən konfransda Mahmud Kaşğari adına Beynəlxalq Fond, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar institutu, AMEA, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsisələrinin nümayəndələri iştirak ediblər. Konfransın bu ilki mövzusu "Bəxtiyar Vahabzadə: Vətənpərvərlik və millilik" olub. Açılış mərasimində çıxış edənlər, Bəxtiyar Vahabzadənin sözünün qüdrətindən, şairin yaradıcılığının rəngarəngliyindən, həyatın hər sahəsini əhatə etməsindən danışıblar. Türk dünyasının şairinin bütün əsərlərində millilik, vətənpərvərlik motivlərinin ana xətt təşkil etdiyi vurğulanıb. Tədbir Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış mahnıların ifa edildiyi bədii hissə ilə davam edib.