Dövlət Təhlükəsizliyi Xidməti Qaxda əməliyyat keçirib. "Report"un məlumatına görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Hazırda onlar Bakıya gətirilir. İcra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub. Onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır. Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.