Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Rayon administrasiyası, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “Qurtuluşdan zəfərə” adlı videoçarx nümayiş olunub. Rəsmi hissədə çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixində Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar. Vurğulanıb ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində düşdüyü iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Tədbirin sonunda rayon ictimai siyasi həyatında fəal iştirakına görə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizov, Böyük Britaniyada keçirilən “Qızıl istedad müsabiqəsi 2025”-in qalibi olan gənc musiqiçi Ayan Əhmədzadə fəxri fərman və hədiyyələrlə təltif ediliblər.