Bazar ertəsi, 09 İyun 2025 14:49

Şəki məktəblisi Londonda beynəlxalq müsabiqədə birinci yeri qazandı

Şəkinin 13 yaşlı sakini Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə yüksək nəticə göstərərək, birinci yerə layiq görülüb. Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin 6-cı sinfində təhsil alan Ayan bundan əvvəl də beynəlxalq müsabiqələrin qalibi olub. Qeyd edək ki, Ayan Əhmədzadə həm də Şəki şəhər 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S