Cümə axşamı, 05 İyun 2025 16:32

Narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub

Zaqatalada narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 47 yaşlı Elmir Həmzəyev saxlanılıb. Ondan 6 kiloqramdan artıq marixuana aşkar olunub.
 
Araşdırmalarla saxlanılan şəxsin narkotiki Bakı şəhərinə aparmaq istədiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Həmzəyev barəsində həbs qətimkan tədbiri seçilib.
 
 
 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S