Cümə axşamı, 05 İyun 2025 16:24

Sel suları nəqliyyatın hərəkətinə çətinlik yaratdı

Qobustan rayonu ərazisində yağan intensiv leysan yağışları nəticəsində dağlıq zonalardan axan sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələrində nəqliyyatın hərəkətinə çətinlik yaranıb. Sel suları ilə birlikdə axan daş və torpaq qatı yolun 78-ci kilometrliyində suötürücü qurğulara dolub. Bu səbəbdən yağış suları yolun hərəkət hissəsinə çıxaraq nəqliyyatın hərəkətinə maneə törədib. Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S