Cümə axşamı, 05 İyun 2025 16:10

Şəkidə 2 uşaq anası amansızlıqla qətlə yetirildi ⁨

Şəkidə 34 yaşlı qadın qətlə yetirilib. Hadisə Şəkinin Cəyirli kəndində baş verib. İlkin araşdırmalarla məlum olub ki, 34 yaşlı Zəhra Əliyeva atasının evində əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
 
Qətlə yetirilən Zəhra Əliyeva 9 aydan artıq müddət imiş ki, həyat yoldaşı Həmid Əliyevdən ayrılıb, atasının evində yaşayırmış. İki uşaq anası olan Zəhra Əliyeva övladları ilə birlikdə atasının himayəsində olub. O, rəsmi boşanmaq üçün məhkəməyə müraciət də edib.
 
İddialara görə, Həmid Əliyev bir müddət avtomobildə gözləyib Zəhra Əliyevanın atası, anası və qardaşı çıxdıqdan sonra evə daxil olub. O, evin gəlini, əqli qüsurlu baldızı və iki azyaşlı övladının gözü qarşısında Zəhra Əliyevanı qətlə yetirib. Qətli törətməkdə şübhəli bilinən ər hadisədən dərhal sonra küçəyə çıxıb və gəldiyi avtomobillə ərazidən qaçıb. Hazırda Həmid Əliyevin axtarışları davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S