Cümə axşamı, 29 May 2025 15:19

11 il əvvəl törədilən cinayətin üstü açıldı

Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayəti ifşa edib. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev məsuliyyətə cəlb olunub. Bildirilib ki, əvvəllər də dəfələrlə məhkum edilmiş və hazırda həbsdə olan Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub. O, ev sahibinə fiziki zor tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərərçəkmişin pul vəsaitlərini ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri və müvafiq ekspertizalarla cinayətin Şirəliyevin tərəfindən törədildiyi müəyyən edilib. Fakla bağlı araşdırmalar davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S