Şəki şəhərində inklüziv sosial-mədəni tədbir təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi “Birgə Gün” adlanan tədbirdə uşaq evinin azyaşlı sakinləri, evdə sosial xidmət göstərilən ahıllar, əlilliyi olan şəxslər və həssas kateqoriyadan olan digər vətəndaşlar iştirak ediblər.