AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Böyük Qoruq dağlarının şimal yamacında səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1290 metr hündürlükdə yerləşən yeni şəlaləni müəyyənləşdiriblər. Hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlalənin ətrafı boz qayalıq relyef olduğu üçün şəlaləyə “Boz qaya şəlaləsi” adı verilib. Şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub.