Şəkidə iki avtomobil toqquşub. Hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistralının Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib. 65 yaşlı Səfiyev Özbəkin idarə etdiyi "Toyota Prado" markalı avtomobil 53 yaşlı İbrahim Həmidovun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ 21099" yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.