Hadisə Oğuz-Bayan avtomobil yolunda, Bayan kəndi ərazisində qeydə alınıb. 26 yaşlı Elsevər Məmmədlinin idarə etdiyi “Ford” 64 yaşlı Vidadi Qarayevin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə Vidadi Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.