Abone OL: https://goo.gl/W99fFm Copyright © Kanal S_official Sayt: https://kanal-s.az Facebook: https://goo.gl/XVhVzG Şamaxıda 7-ci Azərbaycan-Alman-Türk-Özbək Tibb Konqresi və 13-cü Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilib. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən konqresdə 150-ə yaxın müxtəlif ixtisaslı həkim,tibb mütəxəssisləri iştirak edib. Konqresdə minimal invaziv cərrahiyyənin müxtəlif sahələri laparoskopik və ümumi cərrahiyyə,ginekologiya,urologiya,diaqnostik və müalicəvi endoskopiya və invaziv radiologiyanın müxtəlif problemlərinə həsr olunmuş məruzələr dinlənilib. Həmçinin “Regionlarda minimal invaziv cərrahiyyənin inkişafı üçün nə etməli” adlı panel diskussiyalar,həkim və tibb bacıları üçün praktiki treninqlər təşkil edilib. Konqresin sonunda Azərbaycan-Türkiyə-Özbəkistan universitetləri və klinikaları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalanıb.