Şamaxıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçilib. Əvvəlcə ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı film nümayiş olunub. Ardınca çıxış edənlər müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik cəmiyyətin formalaşdırılması və ilk Konstitusiyanın qəbulunun bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayıblar. 1995-ci ildə qəbul olunan Konstitusiyanın ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ olmaqla, insan hüquq və azadlıqlarının təmin olunmasına, hüquqi və dünyəvi dövlətin qurulmasına zəmin yaratdığı bildirilib.