Şəkidə Türk dünyasının böyuk şairi, Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Türk dünyasının böyük söz ustadı" adlı musiqili tədbir keçirilib. Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi və Bəxtiyar Vahabzadənin ev muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə idarə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər. Çıxış edənlər bildirib ki, Bəxtiyar Vahabzadə milli ruhun, azadlıq düşüncəsinin səsi olan, xalqını vətənin sevən bir sənətkardır. Onun şeirlərində həm sevgi, həm vətənpərvərlik, həm də həyat həqiqətləri var. Tədbirin bədii hissəsində Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında xalq şari Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnən "Nəğmələr", "Yağma yağış", Nə danışdın nə dindin" və digər mahnıları səsləndirilib.