Şəkidə yanğın baş verib. Şəki şəhəri Ə. Haqverdiyev küçəsində Vidadi Həmidova məxsus, ümumi sahəsi 288 kv/m olan ikimərtəbəli fərdi yaşayış evi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyətləri cəlb olunub. Yanğın nəticəsində yaşayış evinin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Evə bitişik yardımçı tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.