Gecə saatlarında Zaqatala şəhəri, Saleh Qocayev küçəsində Nadir Sabir oğlu İsmayılovun yaşadığı evin həyətyanı sahəsindəki, ümumi sahəsi 25 kv/m olan yardımçı tikilidə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyətləri cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.