Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar "Əsrə bərabər ömür” adlı tədbir keçirilib. Tədbirdə ulu öndər Heydər Əliyevin həyatına və fəaliyyətinə həsr olunan "Əsrə bərabər ömür" adlı videoçarx nümayiş olunub. Rəsmi hissədə çıxış edənlər Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin Ümummilli lider Heydər Əliyevin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Sonra Şəki rayonu üzrə şagirdlər və müəllimlər arasında keçirilən inşa yazı müsabiqələrinin, Şahmat, Voleybol, futzal və digər yarış və müsabiqələrdə maksimum nəticə göstərərək fəxri yerlərə laiq görülənlərin fəxri fərmanlarla mükafatlandırılması mərasimi olub. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.