Çərşənbə axşamı, 06 May 2025 17:11

Güclü yağış fəsadlar törətdi

Ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti hökm sürür. Yağış suları Bakı-Şamaxı-Yevlax magistralının 78-ci kilometrliyində yolu yarasız hala salıb. Nəticədə magistral yolda hərəkət qismən məhdudlaşıb. Əraziyə yol idarəsinin əməkdaşları cəlb olunub, yolun bərpası istiqamətində işlər aparılıb. Güclü yağış Qobustan rayonunun Ərəbqədim kəndinə də ziyan vurub. Belə ki, dağlardan axan sel suları kənd ərazisində yerləşən körpünü qəzalı vəziyyətə salıb. Sel nəticəsində kəndə gediş-gəliş bir müddət məhdudlaşıb. Sakinlərin sözlərinə görə, sel təkcə körpüyə deyil, həm də kənd sakinlərinə məxsus mal-qaraya ziyan vurub. Hazırda kəndə gediş-gəlişdə problem yaşanmasa da, kəndin girişində yerləşən körpü hələ də qəzalı vəziyyətdədir. Təbiət hadisəsi Şəkidə də fəsadlara yol açıb. Belə ki, Şəkinin Bolludərə və Cəyirli kəndlərinə yağan güclü yağışlar nəticəsində kənd ərazisinə sel suları gəlib, sakinlərə məxsus bəzi həyətlərə sel suları dolub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S