Şəkidə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan voleybol yarışı keçirilib. Şəki şəhər Gənclər və İdman idarəsinin və Pedaqoji universitetin Şəki filialının birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində çıxış edənlər Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılmasıdır. Yarışda 10 komanda mübarizə aparıb. Turninrin sonunda fəxri yerlərə laiq görülən komandalara fəxri fərmanlar, kuboklar və diplomlar təqdim edilib.