Bazar ertəsi, 05 May 2025 17:21

Şəkidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Şəkidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndindən keçən hissəsində baş verib. Belə ki, Şəki sakini 31 yaşlı Nicat Hacıhüseynovun idarə etdiyi "KİA Optima" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü - Nicat Hacıhüseynov və sərnişin, 26 yaşlı Şəki sakini Pərvanə Güləhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S