Zaqatalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 40 yaşlı Elsevər Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb və aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma başlanılıb. Hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən Elsevər Məmmədovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.