Azərbaycanda yerli üzüm sortlarından fillokseraya davamlı, bioloji cəhətdən təmiz calaq tingləri istehsal olunmağa başlanıb. Bu addım yerli istehsalın artmasına və xarici asılılığın azalmasına imkan verir. Şamaxı Üzüm Tingçilik Mərkəzi bu il 300 min ədəd tingi fermerlərin istifadəsinə verəcək.